Yevgeni Priqojin

Yevgeni Priqojin
rus. Евге́ний Ви́кторович Приго́жин
2014 – 23 avqust 2023
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1961(1961-06-01)[1]
Doğum yeri
Vəfat tarixi 23 avqust 2023(2023-08-23)[2][3][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi aviasiya qəzası[d][5]
Fəaliyyəti qastronomçu, təşəbbüskar, Muzdlu döyüşçü, hərbi lider[d], illüstrasiyaçı, milyarder[d]
Uşaqları 3
Hərbi xidmət
Rəhbərlik edib
Döyüşlər

Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Cəsarət" ordeni "Hərbi xidmətə görə" ordeni "Dostluq" ordeni I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı Medal "Army General Khrulyov" "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı "Krımın qaytarılmasına görə" medalı
Donetsk Xalq Respublikasının Qəhrəmanı
Xidmət ordeni Order of recognition "Cəsarət" ordeni Order of the Republic Order of the Two Niles
Luqansk Xalq Respublikasının Qəhrəmanı
The National Order of Burkina Faso Ordre de la Réconciliation de la République centrafricaine
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeni Viktoroviç Priqojin (rus. Евге́ний Ви́кторович Приго́жин; 1 iyun 1961[1], Leninqrad[4]23 avqust 2023[2][3][…], Kujenkino[d], Tver vilayəti[5]) — rusiyalı iş adamı, Rusiya Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupu ÖHŞ-nin yaradıcısı. Rusiya prezidenti Vladimir Putinin dostlarından biri hesab olunurdu. Rusiya Federasiyasının Qəhrəmanı, DNR Qəhrəmanı və LNR Qəhrəmanı.

Yevgeni Priqojinin nəzarət etdiyi Vaqner qrupu muzdluları Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, ZimbabveMərkəzi Afrika Respublikası da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi münaqişələrdə iştirak edib. Onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.[6]

Qrup 2022-ci ildə başlayan Rusiyanın Ukraynanı işğal etməsi əməliyyatında bir sıra istiqamətlərdə Rusiya ordusunun həyata keçirdiyi hücum əməliyyatlarına cəlb olunub. "Vaqner" ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edib, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirib. Priqojinin ordusu Donbass müharibəsinin aktiv iştirakçısı olub.[7]

Bellinüat, The Insider və Der Spiegelin araşdırmasına görə, Priqojinin əməliyyatları Rusiya Müdafiə NazirliyiBaş Kəşfiyyat İdarəsi ilə sıx bağlıdır. Rusiyadakı "Konkord" şirkəti dövlətin ən yüksək vəzifəli şəxslərə iaşə xidmətləri ilə məşğul olub. Bunun sayəsində o, mediada "Putinin aşpazı" ləqəbini alıb.[8][9][10] "Business Peterburq" nəşri 2019-cu ildə "Milyarderlərin reytinqi"ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirərək onu 72-ci yerdə göstərib. 2016-cı ildə o, "Citi 812" nəşrinin versiyasına görə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.[11]

Priqojin "bot fermalarının" yaradıcısı kimi şöhrət qazanıb. 2016-cı ildən ABŞ-ın, 2020-ci ildən Avropa İttifaqınınBöyük Britaniyanın, 2022-ci ildən Avstraliyanın, Kanadanın, Yeni ZelandiyanınYaponiyanın sanksiyaları altındadır. 2022-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti ABŞ-də siyasi və seçki proseslərinə müdaxilə ilə əlaqədar Yevgeni Priqojin və İnternet Araşdırmalar Agentliyinin 12 digər əməkdaşı haqqında məlumat verənə 10 milyon dollar mükafat elan edib. Federal Təhqiqat Bürosu onun həbsində köməklik göstərdiyinə görə 250.000 dollara qədər mükafat təklif edir.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Priqojin Ukrayna ilə müharibədə iştirak etmək üçün Vaqner ÖHŞ-ə məhbusları cəlb etmək üçün şəxsən Rusiya koloniyalarında təbliğat aparır.[12][13][14].

2022-ci ilin sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Priqojini mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində ilin adamı elan edib.

  1. 1 2 Бурная молодость «кремлевского ресторатора» (rus.). / под ред. Росбалт 2018.
  2. 1 2 Евгений Пригожин мертв. Теперь официально (rus.). 2023.
  3. 1 2 Wagner boss Yevgeny Prigozhin presumed dead after Russia plane crash (brit. ing.). 2023.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. 1 2 3 Foy H., Seddon M., Ivanova P., Schwartz F. Yevgeny Prigozhin in fatal plane crash, Russian officials say. 2023.
  6. "Ərdoğan Rusiyanın hərbi elitasını ittiham etdi". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  7. "Rusiyanın Suriyaya "özəl ordu" göndərdiyi üzə çıxdı". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  8. "СМИ: Евгений Пригожин был на переговорах Шойгу с ливийским маршалом" (rus). Русская служба BBC. 2018-11-09. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  9. Sitat səhvi: Yanlış <ref> teqi; Forbes2013 adlı istinad üçün mətn göstərilməyib
  10. "FBI Adds 'Putin's Chef' to Wanted List, Offers $250K Reward". The Moscow Times (ingilis). 2021-02-26. 2021-06-24 tarixində arxivləşdirilib.
  11. "Самые влиятельные люди Петербурга - 2016". 2017-01-30. 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-21.
  12. "Соратники Навального опубликовали видео вербовки заключенных Пригожиным в ИК‑6 Йошкар‑Олы". Ru:Медиазона. 2022-10-14. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  13. "ЧВК «Вагнер» вербует в ростовских колониях заключенных для участия в войне в Украине". Ru:Радио «Свобода». 2022-10-10. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  14. "«Из них такое поперло, что никто не ожидал». Как заключенные реагируют на призывы вступить в «ЧВК Вагнера»". Ru:Русская служба Би-би-си. 2022-10-10. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search